Maştağa və Sahil filialları fəaliyyətə başladı.

Maştağa və Sahil filialları fəaliyyətə başladı.

Günü gündən inkişaf edərək, filialların sayını artıran, tədris əhatəsini genişləndirən AzeRobot 2022-ci ilin oktyabr ayında iki yeni filialın açılışını qeyd etdi. 15 oktyabr tarixindən Maştağa qəsəbəsi, Nizami küçəsi 44 ünvanda Maştağa filialı, 23 oktyabr tarixdən Sahil metrosu yaxınlığında, Xəqani küçəsi 59 ünvanda isə Sahil filialımız fəaliyyətə başladı.  Məkan olaraq ən çox təlabat olan ərazilərdə seçilən filiallar digər filiallar kimi ən son model texnologiya, avadanlıqlar və dəstlərlə təmin olunmuşdur. Hər iki filialın açılışında filiala yaxın ərazidə yaşayan şagirdlər nümunə dərslərdə iştirak etdilər. Valideynlərin sualları ətraflı cavablandırılaraq, mərkəzimizlə və tədris ilə ətraflı məlumat verildi.

Yaxın zamanda bir çox şəhər və qəsəbələrimizdə  filiallarımızın fəaliyyətə başlaması nəzərdə tutulmuşdur. Əminik ki, ölkəmizin hər bir rayon şəhərində istedadlı uşaqlar çoxdur. Onları bu sahə üzrə daha da mükəmməl biliklərə yiyələnməsinə, ixtiralarını, istedadlarını təqdim etmələrinə hər zaman şərait yaradaraq, dəstək olacağıq.