FAQ

Uşaq bu kursu bitirdikdən sonra konkret olaraq nə biləcək və nə bacaracaq? +

Bu sualın cavabı biraz da tələbənin özündən asılıdır. Ama müvəffəqiyyətlə bitirən tələbələr özüyeriyən, üzən və uçan proyektlər və ya hansısa problemin həllinə yönəlmiş aparatlar hazırlaya və onları proqramlamağa qadir olacaqlar.

Görürəm ki, gələcək Robotexnika və İT sahəsi üzrədir, və mən də istəyirəm ki, övladım bu sahəyə yönəlsin. Sizin kursunuzun buna bir xeyri olacaqmı? +

Əlbəttə ki, olacaqdır. Bizim kurs olaraq amalımız uşaqlara bu sahəni onların ən yaxşı başa düşdüyü yol ilə, oyunlarla və əyləncəli dərs gedişatı ilə sevdirərək öyrətməkdir. Və bu kursu bitirən hər bir tələbə asanlıqla istənilən Robotexnika və ya STEAM yarışında, eləcədə lahiyəsində iştirak edə və öz tövhəsini verə biləcəkdir.

Kursunuzda nələr tədris olunur? +

Burada tələbələrə robototexnika modulları, neobot yeni modul, dron mühəndisliyi, gənc mühəndis və s. elektrik, elektronika, programlaşdırma, mexanika və dizayn dərsləri tədris olunur.

Uşaqlar burada proqram yazmağı öyrənirlər? Öyrənirlərsə hansı programlaşdırma dili? +

Bəli, uşaqlar burada nəinki öz robotlarını, maşınlarını və dövrələrini hazırlayır, C++ proqramlama dili vasitəsilə onları proqramlayırlar.

Uşaq çox nadincdir. Evdəki aparatları, oyuncaqları sökür, qırır boş-boş işlərlə məşğul olur. Onu necə düzgün istiqamətdə yönəldə bilərəm? +

Heç bir narahatçılığa ehtiyac yoxdur. O nə nadicdir, nədə ki, lazımsız işlərlə məşğuldur. Bu sizin övladınızın bu sahəyə olan marağından və gələcəkdə yaxşı bir mühəndis ola bilmə potensialından xəbər verir. Həvəsini qırmayın, peşəkar əllərə əmanət edib ailəsinə və xalqına yararlı bir fərd olaraq yetişməsinə səbəb olun.

Sualınıza cavab tapa bilmədiniz?

Əgər tez-tez verilən suallarımızda sualınıza cavab tapa bilmirsinizsə, həmişə bizimlə əlaqə saxlaya bilərsiniz. Tezliklə cavablandıracağıq!