Gənc Mühəndis

Gənc Mühəndis

Modul 6. Gənc Mühəndis. 9-16 yaş

Bu Proqram mühəndislik, texnologiya və elmi özündə birləşdirərək məktəblilərə muasir dövrün texnolji cəhətdən bütün inkişaf etmiş sənayelərərinin işləmə prinsiplərini öyrədir. Mexanika haqqında ilkin məlumatlarla başlayan dərslər həmdə praktiki olaraq məktəblilərə keçirilənləri izah edir. Çarxlar, ağırlıq mərkəzi, dözümlülük kimi mexaniki dizayn zamanı nəzər alınmalı vacib amillər bu hissədə öyrədilir. Bundan əlavə olaraq enerji, alternativ mənbələr və enerji sənayesinin dayanaqlı inkişafıda geniş yer alacaq. 2 ay nəzərdə tutulmuş bu hissə 3D dizayn və printer dərsləri ilə davam edir. Bu hissədə isə məktəblilər sənayedə müxtəlif robot və mexanizmlərin necə istehsal edildiyini, dünyada bu sahədə irəli sürülmüş innovasiyaları dərindən öyrənirlər. 2D modelləmə ilə başlayan dərslərin sonunda məktəblilər sərbəst şəkildə dizayn etdikləri məhsulları çap edə biləcək və onları satışa hazır hala gətirəcək. Mexaniki dizayn zamanı nələri nəzər almağın lazım olduğunu və və dizayn etdikləri hissələrin necə hazırlaya biləcəklərini öyrənən məktəblilər proqramın 3 cü hissəsində elektronika illə məşğul olacaqlar. Proqramın bu hissəsinin də 2 ay davam etməsi nəzərdə tutulub və məktəblilərin təfəkkürlərində hazırladığı müxtəlif modelləri real hala gətirməsi üçün şərait yaradacaq. Bu hissəyə qədər müəyyən qədər elektronik hissələrlə işləyən iştirakçılar, bu 1 ay ərzində sahəni daha dərindən mənimsəyəcək və lazımi komponentlərin hər biri ilə tanış olacaqlar. Praktiki proyektlərlə daha əyləncəli hala gələn dərslər məktəblilərə fizika və riyaziyyatla bağlı bilikləridə verəcək. Son 3 ay isə elektronika və proqram dillərindən istifadə ilə davam edəcək. Bu hissə artıq muasir robotların və sistemlərin dizaynı və onları protatipləşməsi ilə davam edəcək. Mikrokontrollerlərdən istifadə, sensorlar və müxtəlif aktuatorların tətbiqi məktəblilərə gələcəkdə əvəzsiz dərəcədə yardım edəcək biliklər öyrədəcək. Proqramın sonunda iştirakçılar bu 8 ay müddətində öyrəndikləri bütün biliklərdən istifadə edərək, komanda şəklində proyektlər təqdim edəcəklər. Bu onlarada həm komanda işi, liderlik, kritiki düşünmə kimi digər şəxsi bacarıqları inkişaf etdirəcək.

Modul üçün yaş həddi: 9-16 yaş
Kurs müddəti: 10 ay
Dərs sayı: Həftədə 2 dəfə
Dərs saatı: 1.5 saat