About Image
Haqqımızda

AzeRobot education

AzeRobot Education – 2021-ci ilin iyul ayından fəaliyyət göstərən və 5 yaşdan yuxarı uşaqlar və gənclər üçün robototexnika, mühəndislik və proqramlaşdırma sahələrində təhsil verən ixtisaslaşmış tədris mərkəzidir.

Mərkəzimizdə 17-dən çox modul üzrə hazırlanan proqramlarla şagirdlərə həm nəzəri, həm də praktiki biliklər aşılanır. Hal-hazırda Koroğlu, Sahil, Əhmədli, Balaxanı və Xocalı filiallarımız fəaliyyət göstərir.

Əsas məqsədimiz – şagirdlərə keyfiyyətli təhsil vermək, onların texnoloji biliklərini inkişaf etdirmək və beynəlxalq arenada ölkəmizi uğurla təmsil edəcək gənc mütəxəssislər yetişdirməkdir.

Nailiyyətlərimiz:

- 2500-dən çox şagird robototexnika, proqramlaşdırma və mühəndislik sahələrində təhsil alıb.

- Yerli və beynəlxalq yarışlarda komandalarımız uğurla iştirak edərək mükafatlar qazanıb.

- 18-dən çox innovativ və əyləncəli tədris modulu ilə şagirdlərə təcrübə əsaslı öyrənmə imkanı yaradılıb.
 

Üstünlüklərimiz:

- Peşəkar və təcrübəli müəllim heyəti;

- Müasir tədris avadanlıqları və laboratoriyalar;

- Nəzəri və praktiki biliklərin balanslı tədrisi;

- Kreativlik və komanda işinə fokuslanan tədris yanaşması.
 

Əməkdaşlıqlarımız:

AzeRobot education Schlumberger Azerbaijan, SOCAR, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC,  Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi kimi müəssisələrlə əməkdaşlıqlar başlamışdır. 

Bu layihələr çərçivəsində 1000-dən çox şagird master-klass və təlimlərdə iştirak edib.

2024-cü ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC  təşkilatçılığı ilə “AzeRobot Education” Robototexnika Tədris Mərkəzinin üzvləri arasında “Gəmiçilik, gənc ixtiraçılar və innovasiya” müsabiqəsi elan olunmuşdu. Müsabiqə çərçivəsində şagirdlər ilk öncə müxtəlif konseptual layihələr hazırlayaraq, daha sonra isə prototip formasında layihələrini təqdim etdilər. Münsiflər heyətinin qiymətləndirilməsinə əsasən qaliblər müəyyən olundu. Qaliblər təşkil olunmuş qiymətləndirmə mərasimində elan olunaraq, mükafatlandırıldı. Qaliblərə ASCO rəhbərliyi tərəfindən dəyərli hədiyyələr, diplom və sertifikatlar təqdim olunmuşdu.   

Yarışlarda İştirak və Uğurlar:

AzeRobot education mentorlarının hazırlaşdırdığı şagirdləri ölkədaxilində keçirilən Teknofest Azərbaycan, FIRST Lego League, SAF, Robofest, Robotex Azərbaycan, World Robot Olympiad Azerbaijan, VEX IQ Robotics, Dünya Robot Çempionatının Azərbaycan finalı, Proqramlaşdırma Olimpiadasında, Beynəlxalq yarışlardan isə Uluslararası Meb Robot (Türkiyə), Teknofest (Türkiyə), WRO (Almaniya), Robotex  (Türkiyə), RoboChallange  (Ruminiya), All Japan Robot-Sumo Tournament  (Yaponiya) robot yarışlarında komandalarımız fəal iştirak edərək, müxtəlif uğurlar qazanmışdılar.

Beynəlxalq yarışlarda uğurlarımıza görə Gənclər və İdman Naziri cənab Fərid Qayıbov komandalarımızla görüşərək, gəncləri təbrik etmiş və onların uğurlarını yüksək qiymətləndirmişdir.

 

AİRO 2025 – Beynəlxalq Uğurumuz

2025-ci ilin may ayında ADA Universitetində “Azerbaijan International Robotics Olympiad – AİRO 2025” beynəlxalq robot yarışması uğurla təşkil olundu. Yarış  AzeRobot Education, ADA Universiteti, Gənclər və İdman Nazirliyi, ASCO, İRİA, Bakı Abadlıq Xidməti, Maestro School, AKTA və SİMA kimi tərəfdaşların dəstəyi ilə keçirildi.Azərbaycanda keçirilən ilk genişmiqyaslı beynəlxalq robot yarışmalarından biri oldu.

8 yaşdan yuxarı iştirakçılar Mini Sumo, Line Follower, Robotic Startup və digər kateqoriyalar üzrə yarışdı. Tədbirə Yaponiyadan və Rumıniyadan beynəlxalq hakimlər də qatıldı.

Qaliblər dekabr ayında Yaponiyada keçiriləcək All Japan Robo Sumo Tournament yarışmasında ölkəmizi təmsil etmək hüququ qazandı. AİRO, AJRST tərəfindən rəsmi olaraq tanınmış qaliblərə Grand Final lisenziyası təqdim olunmuşdur.

 

Gələcək Planlarımız

- Gənclərin innovativ sahələrə marağını artırmaq,

- Yeni tədris modulları ilə tədris imkanlarını genişləndirmək,

- Beynəlxalq layihə və yarışlarda iştirak edərək, Azərbaycanın texnoloji sahədə tanınmasına töhfə vermək.

✅ AzeRobot Education

Gələcəyin mühəndislərini və texnoloji liderlərini yetişdirən tədris mərkəzi!

 

1200 +

Tələbə

5 +

Filial

50 +

Müəllim

17 +

Modullar
Heyətimiz

Heyətimiz

İmamir Mirzoyeva

İmamir Mirzoyeva

Direktor -layihə rəhbəri
Muğan Güləli

Muğan Güləli

Direktor müavini
İlhamə Səfərova

İlhamə Səfərova

Yarışlarda iştirak üzrə menecer
Səbinə Əliyeva

Səbinə Əliyeva

Sahil filialının rəhbəri
Aynur Babakişiyeva

Aynur Babakişiyeva

Koroğlu filialı rəhbəri
Nərmin Nağıyeva

Nərmin Nağıyeva

Balaxanı filialı rəhbəri
Nəzrin Kələntərova

Nəzrin Kələntərova

Nərimanov filialının rəhbəri
Ceyran

Ceyran

Sumqayıt filialının rəhbəri

Bizim Gücümüz

Əsas məqsədimiz uşaqların bu sahəyə marağını artırıb, onları inkişafa doğru yönəltməkdir.

Real Dünyaya Açıq Qapılar

Əgər uşaqların gələcək peşələrinə proqramlaşdırma, robototexnika və mühəndislik daxildirsə, onlar komanda işi və yaxşı inkişaf etmiş tənqidi düşünmə bacarıqlarında möhkəm təməl əldə edə bilərlər.

Tərəqqi Mükafatlandırılır

Övladınıza inam yaradın və səylərinin tanınması yolu ilə məqsəd hissini artırın. Şagirdlər "Aze-Robot Education"da bitirdikləri hər səviyyədən sonra məzun sertifikatı ilə təltif olunurlar.

Kifayət Qədər Avadanlıq

İştirak edən hər kəsə kurslarımızda uğur qazanmaq üçün lazım olan təlimat və diqqəti almaq imkanı yaratmaq üçün sinif ölçüsünü məhdudlaşdırdıq.

Partnyorlarımız