"Qızların İKT-yə cəlb edilməsi" adlı seminardan

Gənc qızların İT biliklərinin artırılması məqsədilə AzeRobot education robototexnika tədris mərkəzinin filiallarında Azərbaycan Respublikası Gənclər Fondu, “Avropa Tələbələr Forumu-Sumqayıt” ictimai birliyi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və AzeRobot təşkilatçılığı ilə seminarlar keçirildi.

27.02.2023-cü ildə Koroğlu filialında, 01.03.2023-cü il tarixdə Balaxanı filialında, 02 və 03.02.2023-cü il tarixlərdə Maştağa filialında keçirildi.

Azərbaycanın bölgələrində yaşayan qızların İT sektorunda fəal iştirakına, uğurlu karyera qurmasına, İT-yə çıxış əldə etməklə gənc qızlar cəmiyyətdə, hökumət və qlobal səviyyədə fikirlərini ifadə etmək üçün daha çox imkana sahib olmaq, İT sektorunda olan gender bərabərsizliyinin azaldılması və onların İKT-yə cəlb edilməsi  məqsədilə təşkil olunan seminarda 100-ə yaxın gənc qız iştirak etdi. Faydalı məlumatla zəngin, səmərəli və komanda şəklində yarışaraq keçən seminardan xoş anları sizinlə bölüşürük.