AIRO Rəsmi Beynəlxalq Lisenziya Aldı

AIRO Rəsmi Beynəlxalq Lisenziya Aldı

Böyük bir nailiyyəti sizinlə bölüşməkdən məmnunuq!

Azerbaijan International Robotics Olympiad (AIRO) All Japan Robo Sumo Tournament tərəfindən rəsmi olaraq tanınıb və beynəlxalq yarışlar siyahısına daxil edilərək öz rəsmi lisenziyasını əldə edib! 

Bu mərhələ Azərbaycanda robototexnikanın inkişafı üçün yeni imkanlar yaradacaq, gənclərimizin qlobal səhnədə daha geniş tanınmasına kömək edəcək və ölkəmizin beynəlxalq texnologiya və innovasiya arenalarında mövqeyini gücləndirəcək.

Gənc istedadlarımızın uğurlarını birlikdə izləyək və dəstəkləyək! ✨