AzeRobot 74-cü Beynəlxalq Astronavtika Kongresində

AzeRobot 74-cü Beynəlxalq Astronavtika Kongresində

74-cü Beynəlxalq Astronavtika Konqresi 2-6 oktyabr tarixlərində Bakıda keçirildi. Beynəlxalq Astronavtika Federasiyasının və Azərkosmosun tərəfdaşlığı ilə təşkil olunan bu konqres çərçivəsində,  konfranslar, 190-dan çox texniki sessiya və sərgilər təşkil olundu. Tədbirdə kosmik agentliklərin, dövlət sektorunun, investorlar və özəl kosmik şirkətlərin nümayəndələri, yerli və beynəlxalq media qurumlarının təmsilçiləri iştirak etdilər.
AzeRobot Education olaraq, 6 oktyabr Public-Day də təşkilatçılar arasında idik və bu tədbirdə fəza ilə əlaqəli robototexnika master klassları təşkil etdik! ???????? Müəyyən yaş kategoriyasındakı şagirdlərə “Spike” , “Neobot” , “Dron mühəndisliyi” , “Gənc Mühəndis” modullarından təlim keçdik.

Teqlər