18 mart 2026-cı il tarixində Gənclər və İdman naziri Fərid Qayıbov ilə görüş keçirildi
18 mart 2026-cı il tarixində Gənclər və İdman naziri Fərid Qayıbovun Nazirliyin dəstəyi ilə beynəlxalq tədbirlərdə iştirak etmək üçün xarici ölkələrə ezam olunmuş gənclərlə görüşü baş tutmuşdur.
Görüşdə 5–7 dekabr 2025-ci il tarixlərində Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilmiş dünyanın ən böyük robot-sumo yarışması olan “All Japan Robot-Sumo” turnirində iştirak etmiş AİRO 2025 qalibləri də yer aldılar.
Komandamız cənab nazirə yarışda iştirakımıza göstərilən dəstəyə, xüsusilə AİRO qaliblərinə ölkəmizi belə beynəlxalq yarışda təmsil etmək imkanı yaratdığına görə təşəkkürünü bildirdi. Eyni zamanda əldə etdiyimiz nailiyyətlər, qazandığımız təcrübə və yarışla bağlı təəssüratlar bölüşüldü.

