AzeRobot Robototexnika Turniri keçirildi

AzeRobot Robototexnika Turniri keçirildi

26 iyun 2022-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələr gününə  həsr olunmuş AzeRobot Robototexnika Turniri keçirildi. AzeRobotun bir illik fəaliyyətinin hesabat turniri yüksək səviyyədə təşkil olunmuşdu. 540 şagirdin qeydiyyatdan keçərək qoşulduğu yarış 12 kateqoriya üzrə  keçirilirdi. Turnirdə iştirakçılar arasında AzeRobot şagirdlərindən əlavə dövlət və özəl təhsil müəssisələrindən qoşulmuş şagirdlərdən ibarət komandalarda var idi. İştirakçıların yarış zamanı qiymətləndirilməsi üçün Azərbaycan Gənclər və İdman Nazirliyindən , Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyindən, AKTA, ADA, ATU, BDU, ADNSU, Azercell MMC,Robotzade,TYPO və s. dövlət və özəl müəssisələrdən mütəxəssislər dəvət olunmuşdu. Qaliblər kubok, medal, diplom və hədiyyələrlə təltif olundular.  Artıq ənənə halını alan bu turnirin hər il keçiriləcəyi nəzərdə tutulmuşdur. Turnirin keçirilməsində məqsəd mərkəzimizdə keçirilən dərslərin qiymətləndirilməsi, istedadlı şagirdləri aşkar etmək, kəşflər etmələrinə həvəslənmələri, onları beynəlxalq yarışlara hazırlamaqdır.

Teqlər