AzeRobot education robototexnika təhsil mərkəzinin təşkilatçılığı ilə ART 2023 YAY robototexnika və mühəndislik turniri keçirildi.

AzeRobot education robototexnika təhsil mərkəzinin təşkilatçılığı ilə ART 2023 YAY robototexnika və mühəndislik turniri keçirildi.

Texnologiya sahəsində fəaliyyətini davamlı inkişaf etdirən AzeRobot education robototexnika təhsil mərkəzinin təşkilatçılığı ilə 24-25 iyun 2023-cü ildə tarixlərdə ART 2023 YAY robototexnika və mühəndislik yarışı keçirildi. Yarış 5-17 yaş arası şagirdlər üçün nəzərdə tutulmuşdu.

Balaxanı İdman Mərkəzində keçirilən yarışda 11 kateqoriya üzrə 197 komanda, 359 şagird iştirak etdi.  Dördüncü dəfə keçirilən Azərbaycan Robototexnika Turnirinə qəbul bu dəfə ölkə üzrə bütün özəl və dövlət təhsil müəssisələrinin şagirdləri arasında aparılmışdı.

Yarışın şəffaflığını qorumaq məqsədilə bir çox mütəxəssislər və qonaqlar dəvət olunmuşdu. Belə ki, Azərbaycan Texniki Universitetin Maliyyə-təsərrüfat işləri üzrə prorektoru Rəşad Əliyev, Türkiyə Maarif Vakfı Azərbaycan ölkə təmsilçisi Serdar Gündoğan, Bilim Bakı mərkəzinin direktoru Yusuf Polat, Azərkosmos – dron mütəxəssisi Məhəmməd Mahmudov, Azərbaycan Elektron İdman növləri Federasiyasının Prezidenti Adil Mahmudov, Robotzadə şirkətinin direktoru Ahmet Özaslan və mütəxəssis Elnur Mustafayev, GMT Esports PR menecer Aleksandr Xitrov, Təhsil Nazirliyi “Rəqəmsal Bacarıqlar” layihəsinin rəhbəri Nilufər Rəhimova, CBC radio – mütəxəssis  Xanlar Mehdiyev, Biliş Vadisi direktoru Qamət Kərimov, Gənclər və İdman Nazirliyi sektor müdiri Kənan Kərimov, İTE Azərbaycan STEAM mütəxəssisi Aliya Əhmədova, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi – ekspert Ramil Süleymanov, Gilabi MMC direktoru Emin Ələkbərov, ADA – akademik məsləhətçi Orxan Kərimzadə, Hədəf Liseyi – robototexnika mütəxəssisi Rəşad Amirgünəyev fəxri qonaqlar arasında idilər.  

26 iyun Silahlı qüvvələr gününə həsr olunmuş turnirdə qonaqların ən çox diqqətini çəkən yeniyetmələrin iştirak etdiyi open category kateqoriyasında balaca dünyaları ilə düşünüb, hazırladıqları layihələr, sumo, xətt izləyən və s. kateqoriyaları üçün isə xüsusi strategiya düşünüb, proqramlaşdırdıqları döyüşən, yarışan robot maşınlar oldu.

ART 2023 robototexnika turnirində iştirak edən hər bir şagirdə sertifikat və hədiyyələr təqdim olundu. Qaliblərə isə xüsusi hədiyyələr, kubok və medallar, həmçinin tərəfdaş şirkətlərdən Art of Baku və İdeovate Consulting nümayəndələri qaliblərə hədiyyələr təqdim etdilər.

Yüksək səviyyədə təşkil olunmuş iki gün keçirilən möhtəşəm ART 2023 robototexnika turnirin keçirilməsi və AzeRobot fəaliyyətinin məqsədi şagirdləri texnologiya sahəsinə maraq yaratmaq, öyrənməklərinə, inkişaf etmələrinə, ixtiralar etmələrinə, yaradıcılıq qabiliyyətlərinin və ən əsası ölkəmizi beynəlxalq yarışlarda təmsil etməyə, gələcəkdə ölkədə mühəndislərin, istehsalatçıların  daha çox və mükəmməl olmasıdır.