Mentorlar yeni təlimdə iştirak etdilər

Mentorlar yeni təlimdə iştirak etdilər

Daima inkişaf etməyin, yenilikləri öyrənməyin tərəfdarı olan AzeRobot rəhbərliyi növbəti dəfə mentorlar üçün təlim təşkil etdi. Bu dəfəki təlim Türkiyənin ən məşhur və qabaqcıl robototexnika marketinin mütəxəssisləri tərəfindən keçirildi.

Bu təlimdə iştirak edən mentorlarımız növbəti tədris ilində, şagirdlərimizi yeni robot dəstləri ilə Beynəlxalq Robot turnirlərinə hazırlayacaqlar. Yeni dəstlər ilə şagirdlər mini sumo robot hazırlaya və sumo güləşində olduğu kimi rəqibi müəyyən edilmiş ərazidən itələyərək zərərsizləşdirə biləcəklər. Həmçinin xətt izləyicisi robotları hazırlaya və müəyyən bir yolda təyin edilmiş xətti sensorların köməyi ilə avtonom şəkildə, yəni təkbaşına qərar verərək izləyə bilən robotlarla yarışlara qoşula biləcəklər.

Bu sahənin inkişafı peşə və texniki təhsilin keyfiyyətinin yüksəldilməsi, cəmiyyətin bu sahə haqqında maarifləndirilməsi, bu sahəyə marağı olan insanların təhsil aldıqları müddətdə bu mövzuda əldə etdikləri bilikləri bacarıqa çevirə bilmələri, sahibkar və rəqabətqabiliyyətli şəxsiyyətlər kimi yetişdirilməsi, elmi yaradıcı düşünmək, sənaye və texnoloji inkişafları təşviq etmək, sərgiləmək və təcrübə mübadiləsi məqsədləri üçün çox vacibdir.