Zəfər gününə həsr olunmuş tədbir keçirildi.
Vətən müharibəsində qazandığımız Zəfərin ikinci ildönümü ərəfəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə şəhid övladları üçün tədbir keçirilib. Tədbir çərçivəsində Agentliyin tərəfdaşlarından biri olan AzeRobot Education tərəfindən robotexnika, proqramlaşdırma və rəqəmsal incəsənət sahələrinə dair maraqlı təlimlər təşkil olunub. Şəhidlərimizin yadigarları vətənpərvərlik mövzusunda mahnılar ifa edərək maraqlı səhnəcik nümayiş etdiriblər.
8 Noyabr Zəfəri müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsi olmuşdur. Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi xalqımızı uzun illər davam edən məğlubiyyət acısından qurtarmış və onu qalib xalqa çevirmişdir.
Məlumat üçün bildiririk ki, AzeRobot education filiallarında II Qarabağ müharibəsinin şəhid və qazi övladlarına robototexnika modullarının ödənişsiz tədrisi aparılır.