“Digital Hero” adlı seminar

“Digital Hero” adlı seminar

“Atəşgah məbədi” dövlət tarix-memarlıq qoruğunda 05 may 2023-cü il tələbələrə motivasiya məqsədilə tədbir təşkil olunmuşdu. AzeRobot education təşkilatçılığı ilə təşkil olunan tədbirdə mərkəzinin müəllim və tələbələri, həmçinin mühəndislik və robototexnika fakultələri olan ali təhsil müəssisələrinin heyəti və tələbələri iştirak etdi. Tədbirin əsas qonağı İsveçrənin Cyber Security İnstitunun rektoru (CEO) həmyerlimiz Samir Əliyev oldu. Maraqlı və faydalı “Digital Hero” adlı təqdimatı ilə çıxış etdi.
Tədbirin məqsədi gənclərə motivasiya vermək, texnologiyanın dünyaya inteqrasiyası, tələbələrimizin mütəxəssis kimi xarici ölkələrdə ölkəmizi təmsil etməsi, gələcəkdə avtomatlaşdırma sahəsində yeni aktivləşmiş vakansiyalarda yerli mütəxəssislərin yer tutması idi. Tədbirdə AzeRobot education layihə rəhbəri, ADNSU İTİF dekanı, BANM mühəndislik fakultəsinin dekanı, Ümumi işlər üzrə prorektor, Proseslərin avtomatlaşdırılması dekanı, Odlar Yurdu Universitetinin Strateji planlama və layihələr departamentinin direktoru və s. qonaqlar iştirak edərək, tələbələrə öz töhfələrini verdilər. Tələbələrin aktivliyi ilə keçən tədbirdə verilən suallar mütəxəssislər tərəfindən cavablandırıldı.
Çəkilişdə göstərdiyi dəstəyə görə @ramana_media_center , məkana görə @ateshgah__restaurant təşəkkürlərimizi bildiririk.

Teqlər