Bakı Abadlıq dəstəyi ilə AzeRobot Xocalı filialında uşaqlar üçün ödənişsiz robototexnika master-klassı baş tutdu!
10–11 oktyabr tarixlərində Bakı Abadlıq dəstəyi ilə AzeRobot Xocalı filialında 6–16 yaş arası uşaqlar üçün iki günlük ödənişsiz robototexnika və proqramlaşdırma master-klassı uğurla baş tutdu!
Xocalı, Şuşa, Laçın və Xankəndi sakinləri üçün təşkil olunan tədbirin əsas məqsədi uşaqları müasir texnologiyalarla tanış etmək, onların robototexnika və proqramlaşdırma sahəsinə marağını artırmaq, həmçinin yaradıcı və texniki bacarıqlarının inkişafına dəstək olmaq idi.
Master-klass müddətində iştirakçılar robototexnikanın əsasları ilə tanış oldular, robotlarla praktiki şəkildə işlədilər və müxtəlif interaktiv tapşırıqlarda iştirak etdilər. Uşaqlar proqramlaşdırma və müasir texnologiyalar haqqında yeni biliklər əldə edərək öz bacarıqlarını sınamaq imkanı qazandılar.
Bu cür maarifləndirici təşəbbüslər uşaqların məntiqi təfəkkürünün, yaradıcı düşünmə və problem həll etmə bacarıqlarının inkişafında mühüm rol oynayır.
AzeRobot olaraq məqsədimiz uşaqların texnologiya dünyasına marağını artırmaq, onların potensialını üzə çıxarmaq və gələcəyin innovativ nəslinin yetişməsinə töhfə verməkdir.
Tədbirin həyata keçirilməsinə göstərdiyi dəstəyə görə Bakı Abadlıq komandasına təşəkkür edirik!


