AzeRobot heyəti Türkiyədə Mebrobot yarışmasında

AzeRobot heyəti Türkiyədə Mebrobot yarışmasında

AzeRobot education Robototexnika tədris mərkəzinin müəllim və tələbələrindən ibarət heyət Türkiyənin Şanlıurfa şəhərində Milli Eğitim Bakanlığına bağlı Mesleki ve Texnik Eğitim Genel Müdürlüğünün təşkil etdiyi 14-cü Uluslar arası Meb Robot yarışmasınsa iştirak üçün yollandılar. 13-16 iyun tarixlərində keçirilən Mebrobot yarışmasında bir neçə kateqoriya üzrə qatılmışdıq. Mini sumo kateqoriyası üzrə yarımfinala yüksələrək, 2000 iştirakçı  arasından 8-ci yerə layiq görüldük. 
Fəaliyyətə başlamasının 1 ili tamam olmayan AzeRobot ölkəmizin bayrağını daha yüksək pillələrdə dalğalandırmağı, Azərbaycandan daha istedadlı uşaqları aşkar edib, beynəlxalq yarışlarda iştirakına dəstək olacağını qarşısına məqsəd qoymuşdur.

Teqlər