AIRO 2026 çərçivəsində ali təhsil müəssisələrində infosessiyalar keçirildi.
Görüşlər zamanı yarışın ərsəyə gəlmə məqsədi, kateqoriyalar, qaydalar və qeydiyyat prosesi iştirakçılara ətraflı şəkildə təqdim olundu.
Mütəxəssislər tələbələrin suallarını cavablandırdı, yarışla bağlı vacib məqamlar izah edildi.
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Yaponiyada ölkəmizi təmsil edəcək qaliblərin adları 29, 30 və 31 may tarixlərində Bakı Ali Neft Məktəbində keçiriləcək yarışın nəticələrinə əsasən yerli və beynəlxalq hakimlər tərəfindən müəyyən olunacaq.
Sizi AIRO-da gözləyirik!
Ətraflı məlumat üçün:
www.airo.az


