AzeRobot Teknofest-də

AzeRobot Teknofest-də

Selcuk Bayraktarın rəhbərlik  etdiyi "Türkiyə Teknoloji Takımı Vakfı"nın birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilən Teknofest tədbiri bu il Azərbaycanda keçirildi. Layihənin məqsədi , Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat sahələrində bilik və bacarığı olan gənclərin  potensiallarını üzə çıxararaq,onların bu sahələrdə peşəkar inkişafını dəstəkləməkdir. Tədbirin sərgi hissəsində  bu sahənin  yenilikləri haqqında məlumatlar nümayiş etdirildi. Festivalın ən əyləncəli və qürurlandırıcı hissələrindən biri isə AHHQ-nin məşhur "Türk yıldızları" və "Solo Türk" aerobatika komandalarının möhtəşəm nümunəvi pilotaj uçuşlarının təşkili idi. Bu möhtəşəm Festivala bir çox dövlət ali təhsil müəssisələri, tanınmış böyük şirkətlərlə yanaşı AzeRobot education robototexnika tədris mərkəzi də tərəfdaş olaraq iştirak edirdi. Mərkəzimizin layihə rəhbəri robototexnika kateqoriyası üzrə münsif heyətinin üzvü olaraq, mentorlarımız yarışçı olaraq qatılmışdı. Mentorlarımızdan ibarət AzeRobot-SKY komandamız Planer müsabiqəsi B kateqoriyası üzrə II yerə layiq görüldülər. Gələcəyimiz üçün faydalı olan festivalın keçirilməsində, təşkilində əməyi olan hər kəsə təşəkkürlərimizi bildiririk.Həmçinin Festival zamanı komandamızı dəstəkləməyə gələn bütün tələbələrimizə sonsuz təşəkkürlərimizi bildiririk.