Real Dünyaya Açıq Qapılar
Əgər uşaqların gələcək peşələrinə proqramlaşdırma, robototexnika və mühəndislik daxildirsə, onlar komanda işi və yaxşı inkişaf etmiş tənqidi düşünmə bacarıqlarında möhkəm təməl əldə edə bilərlər.
AzeRobot Education – 2021-ci ilin iyul ayından fəaliyyət göstərən, 5 yaşdan yuxarı uşaqlar və gənclər üçün robototexnika, mühəndislik və proqramlaşdırma sahələrində təhsil verən ixtisaslaşmış tədris mərkəzidir.
Mərkəzimizdə 18-dən çox modul üzrə hazırlanmış proqramlarla şagirdlərə həm nəzəri, həm də praktiki biliklər aşılanır. Hazırda Koroğlu, Sahil, Əhmədli, Balaxanı və Xocalı filiallarımız fəaliyyət göstərir.
Əsas məqsədimiz – şagirdlərə keyfiyyətli təhsil vermək, onların texnoloji biliklərini inkişaf etdirmək və beynəlxalq arenada ölkəmizi uğurla təmsil edəcək gənc mütəxəssislər yetişdirməkdir.
Nailiyyətlərimiz
* 2500-dən çox şagird robototexnika, proqramlaşdırma və mühəndislik sahələrində təhsil alıb.
* Komandalarımız yerli və beynəlxalq yarışlarda uğurla iştirak edərək müxtəlif mükafatlar qazanıblar.
* 18-dən çox innovativ və əyləncəli tədris modulu ilə şagirdlərə təcrübə əsaslı öyrənmə imkanı yaradılıb.
Üstünlüklərimiz
* Peşəkar və təcrübəli müəllim heyəti;
* Müasir tədris avadanlıqları və laboratoriyalar;
* Nəzəri və praktiki biliklərin balanslı tədrisi;
* Kreativlik və komanda işinə əsaslanan tədris yanaşması.
Əməkdaşlıqlarımız
AzeRobot Education Schlumberger Azerbaijan, SOCAR, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi kimi müəssisələrlə uğurlu əməkdaşlıq həyata keçirir.
Bu layihələr çərçivəsində 1000-dən çox şagird master-klass və təlimlərdə iştirak edib.
2024-cü ildə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin təşkilatçılığı ilə AzeRobot Education Robototexnika Tədris Mərkəzinin üzvləri arasında "Gəmiçilik, gənc ixtiraçılar və innovasiya" müsabiqəsi keçirildi. Müsabiqə çərçivəsində şagirdlər əvvəlcə konseptual layihələr hazırlayaraq, daha sonra onları prototip formasında təqdim etdilər. Münsiflər heyətinin qiymətləndirməsinə əsasən qaliblər müəyyənləşdirildi və mükafatlandırıldı. Qaliblərə ASCO rəhbərliyi tərəfindən dəyərli hədiyyələr, diplom və sertifikatlar təqdim olundu.
Yarışlarda iştirak və uğurlar
AzeRobot Education mentorlarının hazırladığı şagirdlər ölkədaxili Teknofest Azərbaycan, FIRST LEGO League, SAF, Robofest, Robotex Azərbaycan, World Robot Olympiad Azerbaijan, VEX IQ Robotics, Dünya Robot Çempionatının Azərbaycan finalı və Proqramlaşdırma Olimpiadasında, beynəlxalq yarışlardan isə Uluslararası MEB Robot (Türkiyə), Teknofest (Türkiyə), WRO (Almaniya), Robotex (Türkiyə), RoboChallenge (Rumıniya) və All Japan Robot-Sumo Tournament (Yaponiya) yarışlarında ölkəmizi uğurla təmsil edərək müxtəlif nailiyyətlər qazanıblar.
Beynəlxalq yarışlarda qazandığımız uğurlara görə Azərbaycan Respublikasının Gənclər və İdman naziri cənab Fərid Qayıbov komandalarımızla görüşərək gəncləri təbrik etmiş və onların nailiyyətlərini yüksək qiymətləndirmişdir.
Beynəlxalq Uğurumuz
AIRO 2025 — 1st Edition
2025-ci ilin may ayında ADA Universitetində "Azerbaijan International Robotics Olympiad – AIRO 2025" beynəlxalq robot yarışması uğurla təşkil olundu. Yarış AzeRobot Education, ADA Universiteti, Gənclər və İdman Nazirliyi, ASCO, İRİA, Bakı Abadlıq Xidməti, Maestro School, AKTA və SİMA-nın dəstəyi ilə keçirilərək Azərbaycanda təşkil olunan ilk genişmiqyaslı beynəlxalq robot yarışmalarından biri oldu.
8 yaşdan yuxarı iştirakçılar Mini Sumo, Line Follower, Robotic Startup və digər kateqoriyalar üzrə öz bacarıqlarını nümayiş etdirdilər. Yarışda Yaponiya və Rumıniyadan beynəlxalq hakimlər iştirak etdilər.
Qaliblər All Japan Robo Sumo Tournament yarışmasında Azərbaycanı təmsil etmək hüququ qazandılar. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə komandalarımız 5–7 dekabr 2025-ci il tarixlərində Yaponiyada keçirilən yarışda ölkəmizi uğurla təmsil edərək beynəlxalq təcrübə qazandılar.
AIRO 2026 — 2nd Edition
2026-cı ilin 19–21 iyun tarixlərində Bakı Ali Neft Məktəbində keçirilən "Azerbaijan International Robotics Olympiad (AIRO 2026)" beynəlxalq robot yarışması ikinci dəfə uğurla təşkil olundu. Yarış AzeRobot Education-un təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyi, Bakı Ali Neft Məktəbi (BANM) və digər tərəfdaş qurumların dəstəyi ilə həyata keçirildi.
AIRO 2026-da 8 ölkədən 823 iştirakçı və 414 komanda qeydiyyatdan keçdi. Final mərhələsində isə 5 ölkədən 452 iştirakçı və 266 komanda müxtəlif kateqoriyalar üzrə mübarizə apardı. Qaliblər Yaponiya, Rumıniya və Yunanıstanda keçiriləcək beynəlxalq robot yarışlarında Azərbaycanı təmsil etmək hüququ qazandılar.
Yarış çərçivəsində dünya səviyyəli hakimlər, beynəlxalq qonaqlar və texnologiya şirkətlərinin nümayəndələri iştirak etdilər. AIRO 2026 ölkəmizdə robototexnika və innovasiya sahəsinin inkişafına, gənclərin beynəlxalq arenaya hazırlanmasına mühüm töhfə verən ən böyük beynəlxalq tədbirlərdən biri kimi yadda qaldı.
Gələcək Planlarımız
* Gənclərin innovativ sahələrə marağını artırmaq;
* Yeni tədris modulları ilə tədris imkanlarını genişləndirmək;
* Beynəlxalq layihə və yarışlarda iştirak edərək Azərbaycanın texnoloji sahədə tanınmasına töhfə vermək.
---
✅ AzeRobot Education
Gələcəyin mühəndislərini və texnoloji liderlərini yetişdirən tədris mərkəzi!
Əsas məqsədimiz uşaqların bu sahəyə marağını artırıb, onları inkişafa doğru yönəltməkdir.
Əgər uşaqların gələcək peşələrinə proqramlaşdırma, robototexnika və mühəndislik daxildirsə, onlar komanda işi və yaxşı inkişaf etmiş tənqidi düşünmə bacarıqlarında möhkəm təməl əldə edə bilərlər.
Övladınıza inam yaradın və səylərinin tanınması yolu ilə məqsəd hissini artırın. Şagirdlər "Aze-Robot Education"da bitirdikləri hər səviyyədən sonra məzun sertifikatı ilə təltif olunurlar.
İştirak edən hər kəsə kurslarımızda uğur qazanmaq üçün lazım olan təlimat və diqqəti almaq imkanı yaratmaq üçün sinif ölçüsünü məhdudlaşdırdıq.