XBOT robotları Çin Xalq Respublikasının 77-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda iştirak edib
23 sentyabr 2026-cı il tarixində Çin Xalq Respublikasının Azərbaycandakı Səfirliyi tərəfindən ölkənin yaranmasının 77-ci ildönümünə həsr olunmuş rəsmi qəbul təşkil olunub. Tədbirdə XBOT robotları da iştirak edərək qonaqların böyük marağına səbəb olub.
Rəsmi qəbul zamanı robotlarımız qonaqları qarşılayıb, salamlayıb və interaktiv imkanlarını nümayiş etdiriblər. Tədbir iştirakçıları robotlarla yaxından tanış olub, onların funksiyalarını kəşf edib və xatirə fotoları çəkdiriblər.
XBOT robotlarının iştirakı tədbirin diqqətçəkən məqamlarından birinə çevrilib.
XBOT olaraq, müasir robototexnika texnologiyalarını belə əlamətdar beynəlxalq tədbirdə təqdim etməkdən məmnunluq duyuruq.

.png)
